Gürcüstan servisi/Aran agentliyi
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın səhiyyə naziri Andria Uruşadze bu gün parlamentdəki çıxışında bildirib. Nazirin sözlərinə görə, bu ucuzlaşma dərman bazarında sağlam satış rəqabətinə təsir edib: “Dərmanların avtomatik qeydiyyatı və idxalı, eyni zamanda resept sisteminə keçid artıq öz nəticəsini verib. Bu gün ölkədə müalicə preparatlarının qiyməti orta hesabla 30-40 faiz enib”.
Nazir bildirib ki, keçən ildən başlayaraq Gürcüstanda 214 yeni aptek fəaliyyətə başlayıb. Bu sahədə qanunvericilikdə dəyişikliklər etdikdən sonra ölkədə 892 aptek və 34 yeni əczaçılıq şirkəti fəaliyyət göstərir. Nazirin sözlərinə görə, yerli əczaçılıq sənayesinin istehsal etdiyi məhsullar dərmanların daha ucuz satılmasını təmin edəcək.