Tarix : 2011 Mar 27
Kod 22075

Ərdoğan Bəşər Əsədə dəstək verib

Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğan Suriya prezidenti Bəşər Əsədə son qərarı ilə bağlı dəstək verib
Türkiyə servisi/Aran agentliyi

 

Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğan Suriya prezidenti Bəşər Əsədə son qərarı ilə bağlı dəstək verib. Qeyd edək ki, Suriyada tüğyan edən xalq çıxışlarının fonunda prezidentin qərarı ilə 250 siyasi məhbus sərbəst buraxılıb.

SalamNews-un "Jerusalem Post" qəzetinə istinadən verdiyi xəbərə görə, Amnesty International təşkilatı Suriyada ötən həftə baş verən nümayişlərdə 55 nəfərin həlak olduğunu qeyd edir.

Xatırladaq ki, Suriyada martın 15-dən xalq həyəcanları başlayıb. Əsas aksiyalar isə paytaxt Dəməşqdən başqa, İordaniya ilə həmsərhəd Dəra şəhərində keçirilir.

  • Yazılıb
  • da (də) 2011 Mar 27