Tarix : 2011 Mar 27
Kod 22076

İsrailə işləyən PKK terrorçuları yaxalandı

Livanda Novruz bəhanəsiylə ölkədəki sabitliyi pozmaq istəyən PKK-çılar həbs edilib.
Türkiyə servisi/Aran agentliyi

Livanda Novruz bəhanəsiylə ölkədəki sabitliyi pozmaq istəyən PKK-çılar həbs edilib.

Bu barədə İslam-Azeri.az İnternet qəzeti "Habervaktim.com" saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Livan hərbi kəşfiyyatı ölkənin Bourj El-Barajnehdə PKK-nın bir neçə üzvünü İsrailə casusluq etdiklərinə görə yaxalayıb.

Onlar ərəb ölkələrdəki etirazlarda səsləndirilən şüarları və vəziyyəti təbliğ edərək xalqı inqilaba səsləyiblər.

Araşdırma nəticəsində məlum olub ki, yaxalan PKK üzvləri İsrailin kəşfiyyatına casusluq edirlərmiş.

Xatırladaq ki, PKK-nın liderlərindən olan Karayılan açıqlama verərkən Türkiyənin PKK və İsrailin ortaq düşməni olduğunu bildirmişdi.

MOSSAD üzvü Eliezer Safrir də telekanala açıqlama verərkən PKK və İsrail arasında möhkəm dostluğun olduğunu önə çəkmişdi.

 İslam-Azeri.az 

  • Yazılıb
  • da (də) 2011 Mar 27