Tarix : 2011 Mar 27
Kod 22077

Mingəcevirdən Bakıya gedən qatarda yanğın olub

Bakı-Mingəçevir-Bakı ekspress sərnişin qatarında yanğın baş verib
Azərbaycan servisi/Aran agentliyi

Bakı-Mingəçevir-Bakı ekspress sərnişin qatarında yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Kürdəmir rayonu ərazisində baş verib.

Qatar Kürdəmir rayonunun Sığırlı stansiyasına yaxınlaşarkən lokomotivdə qısa qapanmadan yanğın baş verib. Qatar stansiyaya çatdırılıb və yanğın söndürülüb.

Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. 

  • Yazılıb
  • da (də) 2011 Mar 27