Tarix : 2011 Mar 28
Kod 22084

Bir zamanlar saray mollası, sonda...

Bu gördüyünüz şəkil İranda Pəhləvi şahın dövründə çəkilib.
IIR servisi/Aran agentliyi

Bu gördüyünüz şəkil İranda Pəhləvi şahın dövründə çəkilib.

Buradakı mollalar isə... Əslində ancaq libasları ruhani libası idi.

Çünki zülmə etiraz etməz, dinin qeyrətini çəkməzdilər.

Bunlardan biri Emami adı ilə Şahın hər bir görüşündə iştirak edirdi.

Heç vaxt dinin müdafiəsinə qalxmaz, əksinə, şahın müdafiəsini dinin müdafiəsi kimi görürdü.

Lakin sonda nə oldu?

Bununla bağlı İslam-Azeri.az araşdırma apardı.

Araşdırmanın son nəticəsi isə belə oldu:

"İnqilabdan sonra onun libası əlindən alındı. Zəlil həyat sürüb daima sarayları xatırladı. Hətta bu sarayda böyüyüb başa çatanlardan biri son nəfəsində belə dedi: "Allah mənim haqqımı zay elədi(nəuzibillah)". Ancaq Allah hər bir nöqsandan Pak və Münəzzəhdir. Aqibəti yaşadığı şərəfsiz həyat kimi oldu".

Bu yazını hazırlamamışdan əvvəl elektron poçtumuzu yoxladığım sırada belə bir məktub gəldi.

"Filan"(adını məsləhət olmadığından demirik) rayonda cümə namazının xütbələrində hicab qadağasının aradan qaldırılması barədə "molla"dan xütbə deməsini tələb edirlər. "Molla" isə deyib: "Hicab-hicab" deyənlər təxribatçılardır. Əgər onlar dövlətin adamları olmasaydılar, çoxdan tutulardılar". Lakin iki gün sonra bu "molla"nın dediyi olur. Yəni bildiyiniz həbslər...

Sonda bu "molla"nın hidayətini Allahdan istəyirik. Allah hidayət etsin. Allah başda ruhanilərimiz olmaqla bizi Allahımızı, dinimizi və vətənimizi sevənlərdən və daima onları müdafiə edənlərdən qərar versin.

P.S. Bu material 2 ay əvvəl bizim saytımızda dərc edilmişdi. Bundan sonra bizim ünvanımıza bəzi "molla"lar tərəfindən təhqirlər və böhtanlar atılmağa başlayıb. Sadəcə bizə maraqlı olan şey budur ki, yox, yox. Elə el misalı ilə "soğan yeməmisiniz niyə içiniz göynəyir?". Hə, özünüzü "əziz" sayan "molla"lar, indi özünüzə hansı aqibəti istəyirsinizsə onu da arzulayın. Amma bilin yaxşı aqibət təqvalılarındır. Təqva isə bir baxımdan da İmam Sadiq (ə)-ın hədisinə əsasən "Allahın istədiyi yerlərdə hazır olmaq, istəmədiyi yerlərdən uzaq durmaqdır". Hə unutmuşduq, ola bilsin dövr dəyişə heç saraylara mollalar buraxılmaya. Lakin o arzu ilə yaşayanların da aqibəti elə yuxarıdakı iranlı saray "molla"sının aqibəti kimi olacaq. Necə deyərlər "niyyətin hara mənzilin ora". Bir də unutmayın ki, xalqın gözü tərəzidir.

 

 

İslam-Azeri.az 

 
  • Yazılıb
  • da (də) 2011 Mar 28