Qondarma İsrailin prezidenti Şimon Peresin İsveçrəyə yaxın günlərdə səfərinə artıq etirazlar başlayıb
Beynalxalq servisi/Aran agentliyi
Qondarma İsrailin prezidenti Şimon Peresin İsveçrəyə yaxın günlərdə səfərinə artıq etirazlar başlayıb.
Bu barədə İslam-Azeri.az İnternet qəzeti "Fələstin İnformasiya Mərkəzi"nə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, bir neçə insan haqlarının müdafiə mərkəzi İsrail rejiminin prezidenti Şimon Peresin yaxın günlərdə İsveçrəyə planlaşdırdığı səfərə etiraz edəcək.
Onlar bu səfərin ləğv olunmasını və bununla da Fələstinlilərlə həmrəylik etdiklərini açıqlayıblar.