Gəncədə bir neçə güdür intensivləşən dindarların həbsi, 2 aprel tarixində keçirilək mitinqlə əlaqələndirilir
Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Gəncəyə yeni icra başçısı təyin olunduqdan sonra, şəhər sakinləri arasında həbs olunma və təqib halları artmağa başlayıb. Elmar Vəliyəv icra hakimi postuna təyin olunduğu ilk günlərdən şəhərin dindar sakinlərinə qarşı müharibə elan edib. Əvvəlcə orta məktəblərdə hicablı şagirdlərin təhsil müəssisəsinə daxil olmasına qadağa qoyan icra başçısı, daha sonra başörtülü müəllimlərin də dərs deməsinə maneə yaradıb. Nəticədə Gəncədəki orta məktəblərdə bir nəfər belə olsun hicablı müəllim və şagir təhsil ocağına daxil ola bilmir.
Qeyd edək ki, bütün bunlar azmış kimi şəhərin inanclı şəxsləri də məscidə buraxılmamağa başlayıb. Təhsildən yayınmaq adı ilə 18 yaşı olmamış şəhər sakinləri Gəncə məscidlərinə daxil ola bilmir. Şəhərdə inanclılara qarşı aparılan represiya bitməyərək, artıq sadə dindarlar da bir-birinin ardınca həbs olunmağa başlayıb. Redaksiyamızın "Qaynar Xətt" inə daxil olan məlumata görə, Gəncədə "broşur" payladaığı üçün Yusif Sadıqov həbs olunaraq ona 10 sutka həbs cəzası verilib. Həbs olunma səbəbi "Hicaba dəstək" mövzusunda kağızlar paylamaq olan Yusif Sadıqov, martın 26-ı iş yerindən aparılaraq polisə müqavimət itthamı ilə saxlanılıb.
Xatırladaq ki, Gəncədə bir neçə güdür intensivləşən dindarların həbsi, 2 aprel tarixində keçirilək mitinqlə əlaqələndirilir. Yusif Sadıqov başda olmaqla həbs olunan digər inanclılara 2 aprel tarixində müxalifətin keçirəcəyi mitinqdə iştirak etməmək tapşırılıb.