Tarix : 2011 Mar 28
Kod 22100

İCRA BAŞÇISI MÜSAVATÇILARI VƏ PARTİYANI TƏHQİR ETDİ

Cəlilabad rayon İcra Hakimiyyətinin toplantısında rayonun İcra başçısı Ə. Əzizov Müsavat Partiyasının və müsavatçıların ünvanına təhqiramiz ifadələr işlədib
Azərbaycan servisi/Aran agentliyi

Müsavat Partiyasının mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Cəlilabad rayon İcra Hakimiyyətinin toplantısında rayonun İcra başçısı Ə. Əzizov Müsavat Partiyasının və müsavatçıların ünvanına təhqiramiz ifadələr işlədib. O, müsavatçıları sinfi düşmən adlandırıb.

Bununla bağlı partiyanın rayon təşkilatı bəyanatla çıxış edib. Bəyanatda  bildirilir ki, Ə. Əzizov bu ifadəsi ilə əslində özünün bolşevik sələflərinin 10 illər boyu ölkədə böyük faciələrə və repressiyalara səbəb olan ideoloji baxışlarını yenidən canlandırmaq istəyib.

Rayon müsavatçıalrı 100 illik tarixə malik olan Müsavat Partiyasını və müsavatçılıq ideologiyasını Azərbaycan xalqının birliyini təmin edən ən mükəmməl təlim adlandırıblar. “Xalqın birliyini təmin etmək üçün   milli təsanüd nəzəriyyəsinin yaradıcısı olan bir partiyanı bu cür ifadələrlə suçlamaq, yumşaq desək, etikasızlıqdır” – deyə bəyanatda vurğulanır. 

  • Yazılıb
  • da (də) 2011 Mar 28