Tarix : 2011 Mar 28
Kod 22101

DİN ALİMİ ZÜLFÜQAR MİKAYILZADƏNİN MƏHKƏMƏSİ KEÇİRİLİB

Bu gün Bakı Appelyasiyası Məhkəməsində Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib
Azərbaycan servisi/Aran agentliyi

Bu barədə FaktXeber.com-a  Hacı Zülfüqar Mikayılzadənin vəkili Elçin Namazov məlumat verib.Quran hafizi Höccətilislam vəl müslimin Hacı Zülfüqarın istintaq dövründə ev dustağı olması vəsatətinin Nəsimi rayonun məhkəməsi tərəfindən təmin olunmamasından sonra bu qərar Bakı Appelyasiya Məhkəməsinə verilib.

Məhkəmə prosesi qapalı şəraitdə keçirilib. Vəkil Elçin Namazov vəsadətin təmin olunmadığını qeyd edərək, istintaq müddətində kütləvi şəkildə qanun pozuntularının baş verdiyini bildirib:

"Zülfüqar Mikayılzadəni, Mövsüm Səmədovla əlaqələndirmək istiyirlər. Zülfüqar Mikayılzadə guya Mövsüm Səmədovla əl bir olaraq dövlət çevrilişi etmək istəyiblər. Qaldırdığımız vəsadət təmin olunmadı. Buna səbəb onun ittiham olunduğu maddənin ağır olduğu bildirilir. Lakin hər bir halda bu cür qərarın verilməsi qeyri-qanunidir. Artıq bundan sonra Avropa məhkəməsinə müraciət edəcəyik." 

  • Yazılıb
  • da (də) 2011 Mar 28