Tarix : 2011 Mar 30
Kod 22110

ƏFQANISTAN NATO ÜÇÜN CƏHƏNNƏMƏ ÇEVRİLİB

Bu ilin ilk 3 ayında Əfqanıstanda öldürülən əsgərlərin sayı 100-a çatıb
Beynalxalq servsis/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, Əfqanıstanın 2003-cü ildə işğal olunmasından sonra, bu ölkəyə sülhməramlı adı altında daxil olan NATO qoşunları Taliban döyüşçüləri ilə qarşıdurmalarda hər gün itki verir. Ölkədə sabitlik yaratmaq əvəzinə çox vaxt dinc sakinləri qətlə yetirən NATO əsgərləri, yerli döyüşçülərlə döyüşlərdə çox vaxt həlak olur. Bu ilin ilk 3 ayında Əfqanıstanda öldürülən əsgərlərin sayı 100-a çatıb.

Qeyd edək ki, NATO komandalığından edilən şərhdə, son 3 ayda hər gün NATO əsgərlərinin həlak olduğunu öz əksini tapıb. Son 3 ayda öldürülən hərbçilərdən 68-i amerikalı, 14-ü ingiltərəli və müxtəlif ölkələrdən olan əsgərlər olub.

  • Yazılıb
  • da (də) 2011 Mar 30