Beynalxalq servsis/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, Əfqanıstanın 2003-cü ildə işğal olunmasından sonra, bu ölkəyə sülhməramlı adı altında daxil olan NATO qoşunları Taliban döyüşçüləri ilə qarşıdurmalarda hər gün itki verir. Ölkədə sabitlik yaratmaq əvəzinə çox vaxt dinc sakinləri qətlə yetirən NATO əsgərləri, yerli döyüşçülərlə döyüşlərdə çox vaxt həlak olur. Bu ilin ilk 3 ayında Əfqanıstanda öldürülən əsgərlərin sayı 100-a çatıb.
Qeyd edək ki, NATO komandalığından edilən şərhdə, son 3 ayda hər gün NATO əsgərlərinin həlak olduğunu öz əksini tapıb. Son 3 ayda öldürülən hərbçilərdən 68-i amerikalı, 14-ü ingiltərəli və müxtəlif ölkələrdən olan əsgərlər olub.