Azerbaijan servsi/Aran agentliyi
Azərbycan İslam Partiyası (AİP) mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Mitinqin vaxtı aprelin 8-nə təyin olunub. Bu barədə Faktxeber.com-a münasibət bildirən AİP sədri Elçin Manafov bildirb ki, mitinqdə əsasən Qarabağ probleminin həlli, həbsdə olan islamçıların azad olunması və hicab probleminin həlli məslələri səsləndiriləcək. Partiya sədri mitinqi ya "Azadlıq" meydanında, ya da Parlament binasının qarşısında keçirmək istədikərini söyləyib.
Qeyd edək ki, AİP sədri Elçin Manfov mitinq keçirmək üçün geniş bir ərazi istədiklərini vurğulayıb: "Yerin müəyyən olunmasında İcra hakmiyyəti ilə danışıqlar aparacağıq. Çalışacağıq ki, mitinqi geniş bir meydanda keçirək. Mitinqdə 10 min insanın iştirakı gözlənilir. Biz nümayişin icazəli keçirilməsini istəyirik, ona görə də Bakı şəhər İcra Hakimiyyəti ilə mitinqin yerini müzakirə edəcəyik"-deyə Elçin Manfov əlavə edib..