Tarix : 2011 Mar 30
Kod 22115

Bakıda ağacların soyqırımı davam edir

Paytaxtda ağacların soyqırımı davam edir. Ağacların kəsilib yerində obyekt tikilməsi kifayət qədər qeyri-adi olsa da, şəhərimizdə bu məsələ artıq adiləşib
Azerbaijan servsi/Aran agentliyi

Paytaxtda ağacların soyqırımı davam edir. Ağacların kəsilib yerində obyekt tikilməsi kifayət qədər qeyri-adi olsa da, şəhərimizdə bu məsələ artıq adiləşib.

Növbəti dəfə ağac soyqrımı Nəsimi rayonu Cavadxan küçəsi 26 və 30-cu binanın ətrafında aparılır. Bu səbəbdən sakinlər etiraz aksiyası keçirib.

Sakinlər bu binaların arasındakı ərazidən başqa istirahət yerlərinin olmadığını bildiriblər. Binada yaşayan uşaqlar da yalnız binanın qarşısındakı bu kiçik ərazidə istirahət edir, oynaya bilir. Əgər burda da ofis tikilərsə, o zaman binadan bir başa magistral yola çıxış olacaq ki, bununu da nəticələri ağır ola bilər.

Sakinlər deyir ki, dəfələrlə məsələ ilə bağlı müxtəlif qurumlara müracət ediblər. Aldıqları cavab isə bundan ibarət olub ki, ərazi qanunla özələşdirilir. Və ərazidə tikinti aparılacaq.

Qeyd edək ki, sakinlər ərazidə aparılan qazıntı və ağacların kəsilməsi prosesin qarşısını almaq üçün səhərdən binanın qarşısında növbə çəkdiklərini deyirlər. Elə əraziyə xeyli sayda polis də gəlmişdi.

Ərazidə tikinti aparan Elxan Yaqubov şikayətçilərin yanına gələrək məsələni aydınlaşdırmaq istəməsə də, məsələyə münasibət bildirdi.

“Bu ərazi mənə məxsusdur. Buranı özəlləşdirmişəm. Burada istənilən obyekt tikdirə bilərəm”, - deyə Elxan Yaqubov vurğulayıb.

Ərazidəki ağacların kəsilməsinə gəlincə, sahibkar dedi ki, ərazi özəlləşdirldiyinə görə, ağaclar da ona məxsusdur. Sakinlər artıq bir ildir ki, bu məsələ ilə bağlı şikayət etsə də, araşdırmaların nəticəsi olaraq onların şikayətləri təmin edilmir. Buradan da belə çıxır ki, sakinlər özlərini yormasınlar. Onlar nəinki ağacların qırılmasına dözməli olacaqlar, həm də istirahət etmək üçün başqa bir yer tapmalı olacaqlar.

ANS

  • Yazılıb
  • da (də) 2011 Mar 30