Tarix : 2011 Mar 30
Kod 22116

Rus diplomatdan Azərbaycana İran xəbərdarlığı

“Rusiyanın Qafqazdakı maraqları İranda qarşıdurma və iri hərbi əməliyyatlarının qarşısını almaq siyasətindən ibarətdir”
Russiya servsi/Aran agentliyi

“Rusiyanın Qafqazdakı maraqları İranda qarşıdurma və iri hərbi əməliyyatlarının qarşısını almaq siyasətindən ibarətdir”.

APA-nın məlumatına görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Andrey Kelin «Qolos Rossii» radiosuna verdiyi müsahibədə deyib.
Diplomat hesab edir ki, Yaxın Şərqdəki ssenarilərin Cənubi Qafqaz ölkələrində inkişafı praktiki olaraq istisna olunur: “Bu ölkələr xarici faktordan yaxşı müdafiə olunurlar, çünki onların hakimiyyətləri güc strukturların köməyi ilə vəziyyətə müvəffəqiyyətlə nəzarət edirlər”.
Kelin İranda hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycana xarici təhlükənin mümkünlüyünü qeyd edib: “Bakı üçün yeganə qorxulu hal o ola bilər ki, İrana zərbə vurulsa, orada yaşayan azərbaycanlılar Azərbaycana üz tutacaqlar. Müxtəlif hesablamalara görə, İranda 22-29 milyon azərbaycanlı yaşayır. Azərbaycan yarana biləcək vəziyyətdən çıxış yolunu tapa bilər”.
Diplomat belə bir nəticəyə gəlib ki, rusiyalı diplomatların vəzifəsi Rusiyanın Cənubi Qafqazdakı maraqlarından irəli gələrək “Azərbaycanda qorxulu vəziyyətin olmaması üçün İranda qorxulu vəziyyətin qarşısını almaqdır”.

  • Yazılıb
  • da (də) 2011 Mar 30