Tarix : 2011 Mar 30
Kod 22117

AİP Azadlıq meydanında mitinq keçirəcək

Azərbaycan İslam Partiyası hökumət tərəfindən mitinq keçirilməsinə icazə verilməyəcəyi təqdirdə də aksiya keçirməyə hazırdır
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan İslam Partiyası hökumət tərəfindən mitinq keçirilməsinə icazə verilməyəcəyi təqdirdə də aksiya keçirməyə hazırdır. Bu barədə SalamNews-a partiyanın sədr əvəzi Elçin Manafov bildirib.

“Biz sanksiyalaşdırılmamış aksiyanı o vaxt keçirərik ki, bütün qanuni variantların üstündən xətt çəkilsin. Biz Azadlıq meydanında aksiya keçirmək niyyətindəyik və on minlərlə insanın iştirak edəcəyini gözləyirik",- deyə Manafov vurğulayıb.

Elçin Manafov bildirib ki, aksiyada Qarabağın işağladan azad edilməsi, hicaba qadağanın ləğvi və vicdan məhbuslarının azadlığa buraxılması olacaq. Onun sözlərinə görə, aksiyaya çox sayda ictimai təşkilat və sıravi vətəndaşlar dəstək verəcək.

  • Yazılıb
  • da (də) 2011 Mar 30