Artıq bir neçə gündür Azərbaycanda olan israilli nümayəndələr, ictimaiyyətə açıqlanan və gizli olan görüşlər keçirib
Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, İsraildən olan bir qrup politoloq və media nümayəndələri ölkəmizdə səfərdədir. Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü Mirşərəf Fətiyevin dəvəti ilə Azərbaycana gələn israilli nümayəndələr, martın 31-i mətbuat konfransı da keçirməyi də planlaşdırır. Konfransın mövzusu səfərlərinin yekunları ilə bağlı olsa da, tədbirdə İsrailin ölkədə ölmüş nüfuzunun qaldırılması və rejimin işğalçı siyasətinin müdafiə olunacağı gözlənilir.
Redaksiyamızın "Qaynar Xətt"inə daxil olan məlumat görə, artıq bir neçə gündür Azərbaycanda olan israilli nümayəndələr, ictimaiyyətə açıqlanan və gizli olan görüşlər keçirib. Səfərləri zamanı Qubadakı soyqrım məzarlığında olan politoloq və jurnalistlər, ölkə mətbuatında İsrail maraqlarına xidmət edən qurumların yaradılması üçün də səy göstərib.
Azərbaycana gələn israilli politoloq və jurnalistlər aşağıdakılardır:
DavidAydelman-politoloq, iz-rusportalının əməkdaşı, blogger
OlqaSotkin-"Yediot Aharonot" qəzetininmüxbiri
PeterLukimson-"Nedeli Novosti" qəzetinin başredaktoru
KaterinaQroudski-İsra-infoİnformasiyaPortalının müxbiri
AviqdorEskin-nümayəndə heyətinin rəhbəri, politoloq
LeonidLyudskiy-"Qlobus" qəzetininbaşredaktoru
MarkQorin-"Sputnik" qəzetinin başredaktoru
NataliyaFalkov-"İsrailsəsi"radiosunun əməkdaşı