Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, bu gündən aprelin 30-unadək hərbi çağırış başlayır. Prezident İlham Əliyevin martın 9-da imzadığı fərmana uyğun olaraq, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-ədək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları həqiqi hərbi xidmətə çağırılacaqlar.
Qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə aprelin 30-unadək ehtiyata buraxılacaq.
Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülsün.