Tarix : 2011 Apr 01
Kod 22134

''PUTİNSİZ RUSİYA'' AKSİYASINDA 150 NƏFƏR HƏBS OLUNDU

Saxlanılanlar arasında baş nazir Vladimir Putini sərt tənqid etməyi ilə tanınan Boris Nemstov da var
Russiya servsi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskva və ikinci böyük şəhəri olan Sankt-Peterburq şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib. "Putinsiz Rusiya" şüari ilə keçirilən aksiyalarda 150 nəfər həbs olunub. Saxlanılanlar arasında baş nazir Vladimir Putini sərt tənqid etməyi ilə tanınan Boris Nemstov da var.

Qeyd edək ki, Sankt-Peterbuq şəhərində təşkil olunan aksiya zamanı polis helikopteri nümayişçilərin üzərindən uçuş edib. Boris Nemstov həbs olunmamışdan əvvəl, jurnalistlərə verdiyi açıqlamasında, ''Biz bu ölkənin xainlərdən təmizlənməsini istəyirik. Səsimizi boğmaq üçün vertolyotlar üzərimizdən uçdu, ancaq heç nəyə nail olmadılar"-deyə bildirib.

  • Yazılıb
  • da (də) 2011 Apr 01