bu nümayəndə heyətinin rəhbəri Aviqdor Eskin 2001-ci ildə elə İsrail rejiminin cinayət məcəlləsinə əsasən ekstremist fəaliyyətlərə görə ittiham edilib
Azerbaijan servsi/Aran agentliyi
Xəbər verildiyi kimi İsraildən bir qrup siyasətçi və KİV təmsilçisi DAK-ın dəvəti ilə Azərbaycana səfərə gəlib.
Bu barədə İslam-Azeri.az İnternet qəzeti ölkə KİV-nə istinadən xəbər verir.
İslam-Azeri.az İnternet qəzetinin araşdırması zamanı Bakıya gələnlər içində bir ekstremistin olduğu məlum olub.
Belə ki, bu nümayəndə heyətinin rəhbəri Aviqdor Eskin 2001-ci ildə elə İsrail rejiminin cinayət məcəlləsinə əsasən ekstremist fəaliyyətlərə görə ittiham edilib. O dəfələrlə müsəlman qəbirlərini təhqir edərkən yaxalanıb. Həmçinin "Əl Əqsa" məscidinə donuz başlarını mancanağa qoyub atılması təxribatına şəxsən başçılıq edib. Bundan əlavə Eskin "Şeyx İzzəddin Əl Qəssamın (fələstinli din alimi) qəbirinə də donuz başını və qanını tökdüyünə görə həbs edilib.
Bu nümayəndə heyətinin üzvlərindən biri isə Mossad əməkdaşı olan Petr Lyukinsondu. Bakıda anadan olub, "İsrailsayağı kəşfiyyat" kitabının müəllifidir. Məhz onun bu cür kitab yazdığına görə Mossadın əməkdaşı hesab edirlər.
Faktxəbərin məlumatına görə, artıq bir neçə gündür Azərbaycanda olan israilli nümayəndələr, ictimaiyyətə açıqlanan və gizli olan görüşlər keçirib. Səfərləri zamanı Qubadakı soyqrım məzarlığında olan politoloq və jurnalistlər, ölkə mətbuatında İsrail maraqlarına xidmət edən qurumların yaradılması üçün də səy göstərib.
Azərbaycana gələn israilli politoloq və jurnalistlərin tam siyahısı:
David Aydelman - politoloq, iz-rus portalının əməkdaşı, blogger
Olqa Sotkin - "Yediot Aharonot" qəzetinin müxbiri
Peter Lukimson - "Nedeli Novosti" qəzetinin baş redaktoru
Katerina Qroudski - İsra-info İnformasiya Portalının müxbiri
Aviqdor Eskin - nümayəndə heyətinin rəhbəri, politoloq
Leonid Lyudskiy - "Qlobus" qəzetinin baş redaktoru
Mark Qorin - "Sputnik" qəzetinin baş redaktoru
Nataliya Falkov - "İsrail səsi" radiosunun əməkdaşı