Tarix : 2011 Apr 02
Kod 22143

ÖLKƏNİN NÜFUZLU RUHANİSİ HƏBS OLUNDU

Hacı İlham Əliyev dünən axşamdan polis bölməsinə çağırılıb
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, ölkənin nüfuzlu ruhanilərindən olan Hacı İlham Əliyev evinə ərzaq alarkən bazardan polis bölməsinə aparılıb. Dünən axşam Mərdəkan polis bölməsinə aparılan nüfuzlu ruhaniyə heç bir əsas olmadan 5 sutkalıq həbs cəzası verilib. Bu barədə FaktXeber.com-a ruhaninin yaxınları məlumat verib.

Qeyd edək ki, Hacı İlham Əliyev hal-hazırda Mərdəkan polis bölməsindədir. Onun bu gün ki, mitinqlə bağlı həbs edildiyi bildirilir. Bundan əlavə bu gün Sumqayıtda inanclılarda həbs ediliblər. Həbs edilənlər arasında Kamran Qədirov və İctimai Palatını üzvü Seyid İbrahimdə var. 

  • Yazılıb
  • da (də) 2011 Apr 02