Ukraynanın məşhur Şalimov İnstitutunun erməni cərrahı insan alverində və qanunsuz orqan satışında günahlandırılır. O, Bakıdakı özəl klinikalardan birinin rəhbəri ilə əlbir imiş
Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Kiyevin Şalimov adına İnstitutunun cərrahı qeyri-qanuni orqan alverində günahlandırılır. Polis onun adını bi müddət əvvəl qaldırılmış "qara tranplantasiya" cinayət işinə salıb.
Cərrahın vəkili Mariya Samburun bildirdiyinə görə, ona CM-nin 3-cü bəndinin 149-cu (qabaqcadan bir qrup şəxslə əlbir olub insan alveri ilə məşğul olmaq), 1-ci bəndinin 255-ci (cinayətkar dəstə yaratmaq) və 5-ci bəndin 143-cü (qeyri-qanuni orqan köçürülməsi) maddələri ilə cinayət işi açılıb və onu 8-15 il müddətində həbs cəzası gözləyir.
Vəkil bildirib ki, hüquqlarını qoruduğu şəxs - Şalimov İnstitutunun cərrahı Ruben Zöhrabyan dünən gecə saxlanılıb. Ukrayna Daxili İşlər nazirinin müavini Vasili Farinnik Zöhrabyanın saxlanıldığını təsdiləyib və bildirib ki, o şahid qismində dindirilib.
Qeyd edək ki, ötən ilin oktyabr ayında dacərrah Vladislav Zakordonets və iki anastezioloq (paytaxtda yerləşən özəl klinikadan Pyotr Zayçenko və Şalimov İstitutundan Yaroslav Romaniv) həbs olunmuşdular. Onlar Bakıya gələrək qohum olmayan şəxsdən başqasına böyrək köçürdüklərinə görə saxlanılıblar ki, bu da Ukrayna qanunları ilə qadağandır. Bundan əlavə əlaqələndirici olan İsrail vətəndaşı Yuri Katsman, Yevgeni Slyusarçuk və Ruslan Yakovenko da saxlanılıblar. Onlar insanların axtarılıb tapılması və donorlarla danışıqlar məsələsi ilə məşğul olublar. Həmçinin o da məlum olub ki, bir böyrək üçün pasiyentdən 50 min dollar alınıb, donora isə 10 min dollar verilirmiş. Zakordonets ona qarşı qaldırılan bu iddianı rədd edərək, insan həyatını xilas etdiyini və burada heç bir pis şeyin olmadığını bildirib.
Yeni ittihamda həmçinin Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən özəl klinikalardan birinin rəhbəri Dilarə İsmayılovanın da adı hallanır. Bundan əlavə Yuri Katsmanla əlaqəsi olduğu güman edilən cərrah Boris Volfman və qrupun üzvü Roin Şimşiloşvilinin adı cinayət işinə salınıb.
Təsdiq olunmamış məlumata görə, Şalimov İnstitutunun rektoru, Ukraynanın keçmiş səhiyyə naziri Yuri Polyaçenko da "cinayəti bilib gizlətmə" ilə ittihamı oluna bilər. Hələlik Polyaçenko bu barədə heç bir açıqlama verməyib.