Tarix : 2011 Apr 02
Kod 22147

DAXİLİ QOŞUNLARIN 20-YƏ YAXIN MAŞINI ŞƏHƏRƏ DAXİL OLUB

2 aprel aksiyası ilə bağlı son xəbərlər
Azərbaycan servisi/Aran agentliyi

- Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvləri Yunis Abdullayev və Əli Qarayev həbs ediliblər.
- AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Gözəl Bayramova, İctimai Palatanın üzvü Ağasif Şakiroğlu,  Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü Rövşən Muradov həbs olunublar.
- Səbail rayon polis idarəsinin qarşısındakı avtobuslarda 50-yə yaxın mitinq iştirakçısı saxlanılır.
- AMİP-in qərargahı Nəsimi rayon Mühafizə Polisi tərəfindən mühasirəyə alınıb. Binaya jurnalistlərin belə daxil olmasına maneçilik törədilir. Polislərin şəklini çəkən AMİP İnformasiya şöbəsinin əməkdaşının fotoaparatı alınıb, şəkillər silinsə də, fotoaparat qaytarılmır.
- AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Xaliq Bahadır həbs edilib.
- Avtovağzal tərəfdən 20-yə yaxın Daxili Qoşunların maşını “QAİ”nin müşayiəti ilə şəhərə girdi.
- İctimai Palatanın və Müsavat Partiyası Məclisinin üzvü Aydın Acalov həbs edilib.
- AMİP-in mətbuat və təbliğat katibi, “Millət” qəzetinin baş redaktoru Əli Orucov həbs edilib. AMİP-in mətbuat xidmətinin fotoaparatı polislər tərəfindən müsadirə olunub.
- Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli jurnalist olduğuna görə sərbəst buraxılıb. 

  • Yazılıb
  • da (də) 2011 Apr 02