Tarix : 2011 Apr 02
Kod 22148

MÜXALİFƏT LİDERLƏRİ AKSİYANI BAŞ TUTMUŞ SAYIRLAR

Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli 2 Aprel aksiyasını baş tutmuş hesab edirlər. Hər iki müxalifət lideri aksiyaların davam edəcəyini bildirib
Azərbaycan servisi/Aran agentliyi

Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli 2 Aprel aksiyasını baş tutmuş hesab edirlər. Hər iki müxalifət lideri aksiyaların davam edəcəyini bildirib.

İsa Qəmbər deyir ki, 2 aprel aksiyası ümumxalq aksiyasının sübutudur:

«Bugünkü aksiya proqnozlaşdırdığımız kimi, son illərin ən güclü etiraz aksiyası kimi baş tutdu. Aksiya bu dəqiqələrədək davam edib. Minlərlə insan aksiyada iştirak edib və bu dəqiqə böyüyə də bilər. Xüsusilə qeyd etmək lazımdır ki, şəhər sakinləri mitinq iştirakçılarını dəstəkləyirlər, bir çox hallarda onlara qoşulub, şüarlar səsləndirir, mitinq iştirakçılarının yürüşlərinə qoşulurlar. Bu da 2 Aprel aksiyasının sadəcə, müxalifətin aksiyası deyil, ümumxalq aksiyası olduğunun sübutudur».

Əli Kərimli də hesab edir ki, aksiya iştirakçıları öz məqsədlərinə çatıb:

«Son illərdə belə mütəşəkkil və hökuməti sarsıdan aksiya xatırlamıram. Hökumət çox ciddi profilaktik addımlar atmışdı. Demək olar ki, paytaxtda giriş-çıxış dayandırılmışdı. Çoxlu sayda müxalifətçilər hələ əyalətlərdən gəlməmiş həbs olunmuşdu. Partiya fəalları, elə bizim rəyasət heyətinin 3 üzvü mitinq başlamamışdan tutulmuşdu. Bu dəfə say yüzlərlə ölçülür. Çox böyük qəddarlıq nümayiş elədilər, qazdan, elektroşokdan, dəyənəklərdən istifadə etdilər, insanları kütləvi şəkildə döydülər. Buna baxmayaraq, insanlar öz etirazlarını ifadə edə bildilər».

  • Yazılıb
  • da (də) 2011 Apr 02