Beynalxalq servisi/Aran agentliyi
İsrail aviasiyası bu gecə Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində avtomobilə zərbə endirib. Fələstin tibbi mənbələrinin məlumatına görə, hücum nəticəsində 3 nəfər həlak olub, bir nəfər isə yaralanıb.
Həlak olanların şəxsiyyətləri hələlik müəyyən edilməyib. İsrail hərbçiləri məsələyə şərh vermirlər.APA