Azərbaycan Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan birlik.az-a son həbslərlə bağlı münasibət bildirib
Azərbaycan servisi/Aran agentliyi
Münasibətdə deyilir: “Biz Azərbaycan Birlik Təşkilatı olaraq da son qanunsuzluqlara və həbslərə etirazımızı bildirmişik. Bir daha bir fərd, vətəndaş, dinşünas olaraq da insanların haqq və azadlıqlarının pozulmasına və həbslərə etirazımı bildirirəm. Azərbaycan İslam Partiyası sədri və digrə fəallarının, din xadimlərinin, dindarların, qərbyönümlü gənclərin, müxalifət düşərgəsinə mənsub insanların təziqlərə məruz qalması, dinc aksiyalarda döyülməsi, aksiyaya çıxanlarında, çıxmayanlarında şərlənərək həbs olunması heç bir qanuna sığmır. Xüsusilə din alimi Hacı İlham Əliyev mənim çox yaxın dostum və qardaşımdı, böyük alimdi tam qanunsuz həbs olunub eləcə də digər həbs olunanlar. Həsən Kərimovun polis idarəsində infarkt keçirməsi, axı bu hərəkətlərə nə ad vermək olar. Hicab məsələsinin həll olunmaması, digər qanunsuzluqların davamlı şəkil alması sözsüzdür ki iqtidara baş ucalığı gətirmir, vəziyyti iqtidar özü gərginləşdirir, problemləri bir-bir həll etmək lazımdı, məsələn elə hicab problemi görəsən hələ nə qədər dalana dirənmiş vəziyyətdə qalacaq, axı bu çıxış yolu deyil, problemlər həll olunmalıdı, etiraz edənlərlə danışıqlara getmək və onların tələblərini dinləmək lazımdır.”