Azərbaycan servisi/Aran agentliyi
Aprelin 2-də Səbail rayon polis idarəsində, AXCP Ali məclisinin sədri Həsən Kərimov infarkt keçirib. O, 4-saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və son məlumata görə vəziyyəti ağırdır. Bu barədə Turana AXCP sədrinin köməkçisi Faiq Əmirov bildirib. Xəstə polis nəzarətindədir. O, şənbə mitinqi ilə əlaqədar cinayət hadisəsi törətməkdə şübhəli şəxs qismində saxlanılan 5 nəfərdən biridir. Qeyd edək ki, Kərimovu aksiyadan sonra evində saxlayıblar. Polis onun mənzilinə qapını sındıraraq daxil olub. İki il öncə iki övladını itirən Kərimov ötən dövr ərzində 2 infarkt keçirib. Qeyd edək ki, Kərimovla yanaşı daha 3 AXCP təmsilçisi şübhəli şəxs qismində saxlanılıb: AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Ali Məclisin rəyasət heyətinin üzvləri Şahin Həsənli və Eldar Hüseynov. (contact.az)