Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Birlik Təşkilatı Novruz tətilləri ərəfəsi və bayramdan dərhal sonra din xadimlərinin, dindarların, müxalifət nümayəndələrinin və 2 aprel aksiyası iştirakçılarının həbslərini qətiyyyətlə pisləyən bəyanat yayıb. Bəyanat birlik.az-a ABT Mətbuat Xidmətindən daxil olub. Bəyanatın tam mətni: Çox təssüflər olsun ki, 2011-ci il xalqımız üçün ağır günlərlə başlayıb və bu kədərli günlər Novruz bayramından sonraya qədər də davam edir. Məktəblərdə hicaba qoyulan qanunsuz qadağa, hicaba etiraz edənlərə qarşı şər və böhtan kompaniyası, bir neçə ilahiyyatçı alim və dindarların həbsi, yüzlərlə insanın təziqlərə məruz qalması, bu azmış kimi müxalifət düşərgəsində olan gənclərin, siyasilərin ardıcıl olaraq təziqlərə və həbslərə məruz qalması xalqımızın acısını bir az da dərinləşdirir. Bu təziqlər və həbslər xalqımızın acısıdı, axı bu aksiyalarda döyülənlər, tutulanlar Azərbaycan ailəsinin övladlarıdır, hətta bir ailənin dərdi-qəmi həmin ailənin mənsub olduğu xalqın müsibətidir. Ölkəmizin həbsdə olan 5 ruhanisinə biri də əlavə olunub bu nüfuzlu və görkəmli din xaimi Hacı İlham Əliyevdir. Həbsdə olan dindarlara biri də əlavə olundu, bu “Milli – Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Hacı Mehdidir. 2 aprel aksiyasından əvvəl onlarla, aksiyada yüzdən çox insan həbs olunur. Polis əsl vandalizm törədir, yenə də şər, böhtan və həbslər davam edir. Azərbaycan Birlik Təşkilatı olaraq həm din xadimləri və dindarların, həm müxalifət düşərgəsində olan gənclərin, həm də 2 aprel aksiyaçılarının həbsini qətiyyətlə pisləyirik, bu həbslərin də bu ilin əvvəlindən başlanan həbslər kimi qanunsuz və şərləmə üsulu ilə həyata keçirildiyi qənaətindəyik, bütün bu qanunsuzluqlara son qoyulmasını və həbs olunanların azad olunmasını tələb edirik.
Azərbaycan Birlik Təşkilatı