Son vaxtlar ölkəmizdə həbs edilən dindarlarla bağlı birlik.az saytı olaraq İlahiyyatçı Hacı Ceyhun Cəfərovla əlaqə saxladıq
Azərbaycan servisi/Aran agentliyi
“Mən qəti surətdə pisləyirəm bu həbsləri. Məlumatıma görə bu günlər ərzində ruhani və dindarlardan bir neçə nəfər də heç bir əsas göstərilmədən polis idarəsinə çağırılıb və ayrı-ayrılıqda mitinqlə bağlı xəbərdarlıqlar olunub. Bu qanunsuzluqdur. Bu, açıq-aşkar zülmdür. Mətbuatda verilən xəbərlərə görə mitinqlə əlaqədar həbs olunublar. Axı 2 aprel mitinqinin Hacı Mehdi və Hacı İlhamla nə əlaqəsi? Dərhal azad olunmalıdırlar. Necə olur ki, mitinqdə tutulanlar 1-2 saat saxlanılır, xəbərdarlıq ediləndən sonra evə buraxılır, amma bununla heç bir əlaqəsi olmayan ruhani və dindar həbsə atılır?”