Natiq Kərimov: “Biz müdafiə komitəsi olaraq xarici təşkilatlarla bu məsələni müzakirə edir, daimi olaraq KİV nümayəndələri ilə əlaqə yaradıb gördüyümüz işlərlə bağlı məlumat veririk”
Azərbaycan servisi/Aran agentliyi
7 yanvar 2011-ci il tarixində həbs olunan Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun müdafiə komitəsinin sədri Natiq Kərimov komitənin bu günə qədər gördüyü işlərdən və görüləcək işlər barədə birlik.az saytına açıqlama verdi. “Bismillahir Rəhmanir Rəhim. Biz Hacıların həbsini eşidən kimi İslam Partiyasının qərargahına gəldik və bir neçə təşkilat rəhbərləri, üzvləri ilə birləşərək bu yöndə müdafiə komitəsi yaratdıq. Bildiyiniz kimi İslam Partiyasını blokadaya almışdılar, heç kəsi qərargaha girməyə qoymurdular. Biz birinci iş olaraq komitə tərəfindən blokada da olan partiyanı blokadadan çıxartdıq. Daimi olaraq bu məsələni gündəmdə saxladıq və mətbuatla sıx əlaqədə olduq. Bundan sonra müxalif partiyalar,təşkilatlar müxtəlif bəyanatlar verdi. Daha sonra biz Hacı Mövsüm Səmədov üçün vəkil tutduq. Vəkillə birlikdə bir sıra xarici təçkilatların nümayəndələri ilə görüşdük. Hacı Mövsümün özü haqqında məlumat əldə etdik. Biz müdafiə komitəsi olaraq xarici təşkilatlarla bu məsələni müzakirə edir, daimi olaraq KİV nümayəndələri ilə əlaqə yaradıb gördüyümüz işlərlə bağlı məlumat veririk. Bundan savayı bizə başqa bir iş görməyə imkan verilmir.”