Tarix : 2011 Apr 04
Kod 22177

“Hicab probleminin bu formada qalması ölkəyə başucalığı gətirməz”

Artıq 4 aydır ki, ölkədə hicab problemi hökm sürür. Bütün səylərə baxmayaraq ölkədə bu problem hələdə qalmaqdadır
Azərbaycan servisi/Aran agentliyi

Məsələ ilə bağlı olaraq İlahiyyatçı Hacı Mirmehdi Dərafərinə müaricət etdik, o bildirdi: “Bu gün artıq 4 aydır ki, ölkədə hicab problemi hökm sürür. Bu problemlə bağlı çox narazıçılıqlar vardır. Amma, nədənsə təhsil nazirliyi bu mövqeyindən əl çəkmək istəmir. Bu günə qədər dindarlar bir çox addımlar atıblar amma bu addımlar demək olar ki, bir fayda verməyibdir. Təbii ki, məsələnin müsbət həlli istiqamətində. Hicab probleminin bu formada qalması Azərbaycan hökuməti üçün başucalığı gətirən bir məsələ deyil. Bu dünya səviyyəsinə çıxarılanda xristianlar tərəfindən bizlərə istehza edirlər ki, siz dininizə sahib çıxa bilmirsiniz. Bu gün məktəbə gedən hicablı qızları müəllimlər dərsə buraxımırlar hələ bu azmış kimi polislərdə valideyinlərə hədə-qorxu gələrək bu məsələdə geri çəkilməyi tələb edir. Problemlə bağlı Hacı Allahşükür Paşazadə də öz mövqeyini açıqlayıb və bildirib ki, bu məsələ tez bir zamanda öz həllini tapacaqdır. Bizdə bu həlli gözləyirik. Və həll olunmazsa əgər hüquq çərçivəsində, dünya səviyyəsində bu məsələnin ardınca gedəcəyik.” 

  • Yazılıb
  • da (də) 2011 Apr 04