Tarix : 2011 Apr 05
Kod 22197

ABŞ Xankəndi hava limanı məsələsində Ermənistanı dəstəkləyir

ABŞ Azərbaycan Respublikası ilə Ermənistan arasında Xankəndi hava limanının tikilməsinə dair ixtilafda rəsmi İrəvanın mövqeini dəstəkləyir
Aran agentliyi/azarbaycan

 

 SƏHƏR TV .ir-un verdiyi məlumata görə Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan Respublikası ilə Ermənistan arasında Xankəndi hava limanının tikilməsinə dair ixtilafda rəsmi İrəvanın mövqeini dəstəkləyir.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza  ölkəsinin rəsmi Bakının Xankəndində hava limanının tikilməsinə etirazına münasibətini  belə açıqlayıb : " Qoy Minsk Qurupunun həmsədrləri regiona gəlib bununla bağlı mövqelərin açiqlasınlar. O daha düzgün olardı. Mən isə ancaq  bunudeyə bilərəm ki, Azərbaycanında Naxçivana  uçan təyyarələri Ermənistanın hava məkanından keçir."

ABŞ səfirinin bu açıqlamasından öncə rəsmi Bakı Xankəndində hava limanının inşasını qeyri qanuni hesab etdiyini və oradan uçan təyyarələrə imkan verməyəcəyini bildirmişdir.

Bundan əlavə Bakı mediası Xankəndi hava limanından uçan təyyarələrin vurulacaq ehtimalından xəbər vermişdilər.

Digər tərəfdən  Ermənistan Prezidenti bildirib ki, Xankəndi hava limanının açılışından dərhal sonra  onun özü hava limanından uçan ilk təyyarənin sərnişini  olacaq.

Ermənistanın Müdafiə Naziri Seyran Ohaniyan isə jurnalistlərin " siz Xənkəndi hava limanından ilk uçuşda Preziden Sərkisiyanın yanında  olacaqsınızmı? " sualını belə cavablandırıb : " Mən buna  tam hazıram. Ancaq protokol qaydaları buna icazə vermir!"

ABŞ səfirinin Erməni tərəfinin mövqeini dolayısıyla dəstəkləməsi Ermənistan mətbuatında alqışlanıb.

Ermənistan mediası vurğulayir ki, rəsmi Bakının etirazlarina  baxmayaraq Xankəndi hava limanının rəsmi açılışı  9 May tarixində baş tutacaq.

  • Yazılıb
  • da (də) 2011 Apr 05