Quran Hafizi, Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadənin səhhətində ciddi problem yaranıb
Azərbaycan servisi/Aran agentliyi
Quran Hafizi, Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadənin səhhətində ciddi problem yaranıb.
Bu barədə "İslam Azəri" İnternet qəzetinə onun vəkili Rüstəm Zülfüqarov məlumat verib.
Vəkilin bildirdiyinə görə, Hacı Zülfüqar Mikayılzadə qan azlığı, qan-beyin təzyiqi və bağırsağında çatdan əziyyət çəkir.
Hacı Zülfüqarın vəkili həbsxana şəraitində onun müalicəsinin qeyri mümkünlüyünü önə çəkərək deyib: "Mən onun hazırdakı durumu ilə bağlı Baş Prokurorluq və Bakı İstintaq Təcridxanasına vəsatət göndərmişəm. Hələ ki, rəsmi cavab almamışam. Lakin mənə bildiriblər ki, Hacı Zülfüqar Mikayılzadə müainə edilib".
Xatırladaq ki, Azərbaycanın tanınmış və nüfuzlu ruhanisi Hacı Zülfüqar Mikayılzadə 8 yanvarda xırda xuliqanlıq maddəsilə inzibati xəta törətməsi ittihamı ilə 10 sutka həbs cəzası almış, vaxtı bitdikdən sonra isə o yeni ittihamla həbs edilib.
Hacı Zülfüqar Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə ittiham olunur.