İsrail işğalçı ordusu Fələstinin bir şəhərində 1 aya 110 nəfəri həbs edərək əsir götürüb
Beynalxalq servisi/Aran agentliyi
İsrail işğalçı ordusu Fələstinin bir şəhərində 1 aya 110 nəfəri həbs edərək əsir götürüb.
Bu barədə "İslam Azəri" İnternet qəzeti "Fələstin İnformasiya Mərkəzi"nə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, "Nadi əl-Əsir" təşkilatı İsrailin Əl-Xəlil şəhərində etdiyi özbaşnaçılıq və insaniyyətə zidd hərəkətlərinin hesabatını hazırlayıb.
Hesabatda göstərirlir ki, işğalçı İsrail ordusu 1 ay ərzində 20 azyaşlı olmaqla, 110 nəfəri əsir götürüb.
Əldə edilən məlumatlara görə, yaşı 18 yaşından az olanlara qarşı İsrail əsgərləri zor tətbiq etmiş, onların ləyaqətlərini alçaltmışlar.