Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının 8 apreldə mitinq barədə müraciətinə cavab verib
Azərbaycan servisi/Aran agentliyi
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının 8 apreldə mitinq barədə müraciətinə cavab verib.
Bu barədə "İslam-Azəri" İnternet qəzetinə AİP-in sədr əvəzi Hacı Elçin Manafov məlumat verib.
Hacı Elçin bu haqda deyib: "Bakı Meriyası bizə bildirdi ki, Azadlıq meydanı yalnız dövlət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulub və bu səbəbə görə burada mitinq keçirilə bilməz. Lakin müxalifətə mitinq keçirmələri üçün yer təklif etsələrdə, bizə yer təklif olunmayıb".
AİP sədri 8 apreldəki mitinqin hər bir halda təxirə düşdüyünü önə çəkərək sözlərini belə davam edib: "Buna görə də, Bakı Şəhər İcra Hakimiyyətinə növbəti dəfə müraciət edəcəyik. Lakin 8 apreldəki mitinq istənilən halda təxirə düşdü. Çünki müraciətin cavabına 5 gün ərzində baxılır".