dünən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində iş üzrə şahid qismində İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ifadə verib
Azərbaycan servisi/Aran agentliyi
İnternetdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel - Böyük Qəzəb Günü" səhifələrinin yaradıcısı olan Parisdə yaşayan muhacir Elnur Məcidli barəsində Bakıda başlanmış cinayət işi ilə bağlı çoxlu sayda istintaqa dəvət olunanlar var.
Yeni Musavatın məlumatına görə, dünən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində iş üzrə şahid qismində İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ifadə verib.
Bundan əvvəl isə aprelin 4-də Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri Ramin Hacılı, Respublikaçı Alternativ Hərəkatının həmtəsisçisi, hüquqşünas Erkin Qədirli, "Gənclər Klubu" İctimai Birliyin sədri Zaur Əkbər, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri Pərviz Həşimli və AXCP sədrinin müşaviri Asif Yusifli isə aprelin 5-də şahid ifadəsi verməyə dəvət olunublar.
Parisdə yaşayan muhacir Elnur Məcidli deyib ki, aprelin 1-də onun bir çox qohumları da Bərdə və Biləsuvarda rayon prokurorluğuna çağırılıblar. Onlar Elnur Məcidlinin fəaliyyəti barədə sorğu-sual ediliblər.