hadisə aprelin 4-də Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonu ərazisində yerləşən ''N'' saylı hərbi hissəsində qeydə alınıb
Azərbaycan servisi/Aran agentliyi
APA-nın məlumatına görə, hadisə aprelin 4-də Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Ramil Boris oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranarkən atəş açılıb, güllə əsgər Asif Samir oğlu Əliyevə dəyib. Başından güllə yarası almış əskər dünyasını dəyişib.