Tarix : 2011 Apr 05
Kod 22217

Bakıda yeni yəhudi sinaqoqu açıldı

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ilə yanaşı sionist rejimin Bakıdakı səfiri də iştirak edib
Azərbaycan servisi/Aran agentliyi

Dünən  Bakıda yeni yəhudi sinaqoqunun açılış mərasimi keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ilə yanaşı sionist rejimin Bakıdakı səfiri də iştirak edib.
H. Orucov Azərbaycan prezidenti İlham Əliyevin təbriklərini çatdırıb: "Yeni sinaqoqun açılışı çox böyük hadisədir. Bu sinaqoq inşası Azərbaycan dövləti tərəfindən maliyyələşdirilib.
Sionist rejimin Bakıdakı səfiri Mixael Lavon Lotem isə çıxışında Azərbaycan prezidentinə təşəkkürünü bildirib və deyib ki, sinaqoqun açılışı Azərbaycan Respublikasında yaşayan yəhudi icmasına böyük dəstək olacaq.
Qeyd etmək lazımdir ki, Bakıda son illərdə 5 məscid bağlanılıb ki, onların ikisi dövlət orqanları tərəfindən sökülüb.

  

  • Yazılıb
  • da (də) 2011 Apr 05