Hacıqabul rayonu Meyniman kəndinin sakinləri Bakıda Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər
Azərbaycan servisi/Aran agentliyi
Hacıqabul rayonu Meyniman kəndinin sakinləri Bakıda Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.
Şikayətçilər ötən il su basmış ərazilərin sakinlərinə kompensasiya ödənilməsini tələb ediblər.
Kənd sakinləri bundan əvvəl də bir dəfə Prezident Administrasiyasında olublar. Onlar kəndə qayıdandan sonra rayon rəhbərliyi tərəfindən təzyiqə məruz qaldıqlarını bildirirlər.
Onlar bu dəfə kənddən Bakıya gizlin gəldiklərini bildiriblər.
Hacıqabul rayonu Meyniman kəndinin sakinləri kompensasiyaların verilməməsindən və ya az verilməsindən, bəzi evlərin tikintisinin dayandırılmasından, ziyan dəyən evlərin bərpa olunmamasından şikayət edirlər.
Bundan əvvəl Sabirabad və Saatlı kəndlərinin sakinləri və Nardaran, Binə və Türkan qəsəbələrinin əhalisi də öz regionlarında oxşar aksiyalar keçirib sosial tələblərini irəli sürüblər.
Digər tərəfdən Bakıda kütləvi aksiyalarda xalq siyasi tələblər və Prezident İlham Əliyevin istefası və islahatların başlanılmasını tələb edilir.