Tarix : 2011 Apr 07
Kod 22240

AXCP FUNKSİONERİ HƏBS EDİLİB

AXCP Yardımlı rayon təşkilatın sədri Kərim Şabiyev aprelin 6-da həbs edilib
Azərbaycan servisi/Aran agentliyi

O polisə müqavimətdə təqsirli bilinərək 3 sutka həbs cəzası alıb. Kərim Şabiyev "Azadlıq" radiosuna bildirib ki,aprelin 9-da rayonda mitinq keçirtmək üçün yerli icra orqanlarına müraciət etsələr də onlara cavab verilməyib. Onlar da mitinqin keçirilməsi ilə bağlı elanlar yaymağa başlayıb və bu elanlardan birini yapışdırarkən polis onu saxlayıb.

Kərim Şabiyevin dediyinə görə 3 məktəbli uşağı var. Özü və həyat yoldaşı ali təhsilli olsalar da siyasi baxışalarına görə onlara iş verilmir. Kərim Şabiyev Yardımlı rayon polis şöbəsinin müvəqqəti təcridxanasında saxlanılır. 

  • Yazılıb
  • da (də) 2011 Apr 07