Tarix : 2011 Apr 07
Kod 22243

QARABAĞ ƏLİLİ PREZİDENTƏ 75 MİN ƏRİZƏ YAZIB

Bakir Bayramov: ''17 ildir ki, uğrunda cavanlığımı və sağlamlığımı verdiyim vətənimdə əsir kimi yaşayıram''
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, aprelin 6-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Qubadlı rayonundan olan məcburi köçkün, Qarabağ müharibəsi əlili Bayramov Bakir Məhəmməd oğlu mətbuat konfransı keçirdi.

O bildirdi ki, “2009-cu ilin yanvarın 5-də yaşadığımız Nəsimi rayonu, M.Qaşqay 42 ünvanında yerləşən ADNA-ya məxsus yataqxananın 244 saylı otağında partlayış baş verib. Nəticədə ailəmizin bütün üzvləri ciddi yanıq xəsarəti almışıq. Rəsmi olaraq hadisənin qaz sızmasından baş verdiyi bildirilsə də, sonradan ekspert müayinəsi nəticəsində təsdiqləndi ki, bizim yaşadığımız otaqda qaz xətti yoxdur. Sızma bizim binanın zirzəmisində yerləşən Əlövsət Rəhimova məxsus “Gözəl məkan” barındakı xətlərdən baş vermişdir. Bunu da qəsdən ediblər. Çünki mənim əvvəllər bu barın rəhbəri Əlövsət Rəhimovla və ADNA yataqxanasının müdiri Kamal Quliyevlə münaqişəm olmuşdur. Onlar həmin yerdə əxlaqsızlıq yuvası quraraq bizim yaşayışımıza mane olurdular. Mən onlara etiraz edəndə isə məndən bunun heyfini çıxaqlarını demişdilər. Bu partlayışı da qəsdən təşkil etmişdilər. Bakı şəhərinin baş prokuroru Əziz Seyidov rüşvət alaraq bu hadisəni törədənləri cəzalandırmır. Müraciətimə heç bir dövlət strukturu baxmır. Prezidentə 75 min ərizə yazmışam, lakin birinə də baxılmayıb. Mən özüm Qarabağ veteranıyam. 17 ildir ki, uğrunda cavanlığımı və sağlamlığımı verdiyim vətənimdə əsir kimi yaşayıram. Artıq məni o həddə çatdırıblar ki, Ermənistandan sığınacaq istəyirəm.” 

  • Yazılıb
  • da (də) 2011 Apr 07