Azər Ayxan: ''Nə vaxtadək ki, iqtidar təmsilçilərinin bu yanaşması dəyişməyib, müstəqil jurnalistikanın başı çox bəlalar çəkəcək''
Azərbaycan servisi/Aran agentliyi
FaktXeber.com. 2 aprel aksiyasından öncə və sonra jurnalistlərə qarşı yenidən ittihamlar artmağa başlayıb. Hakimiyyət orqanları tərəfindən media nümayəndələri aksiyaları işıqlandıran tərəf deyil, iştirakçı kimi qələmə verilir. Hətta həbslər, döyülmələr də müşahidə olunur.
“Azərbaycan mediasının bu kimi problemlərinə son verilməsi üçün hansı addımların atılmasını zəruridir”, - deyə, müraciət etdiyimiz “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan belə cavab verdi:
- Hər dəfə Azərbaycanda siyasi temperatur yüksələndə, müstəqil jurnalistlərə və qəzetlərə hökumət problem yaradır. Təəssüf ki, bu dəfə də belə oldu. Bizim hökumət müstəqil jurnalistikanı, müasir xəbərləşməni qəbul etmir. Elə bilirlər ki, jurnalist aksiyada reportaj hazırlayırsa, qəzetlər bu olayı işıqlandırırsa, ya müxalifətə dəstək verir, ya da təşkilatçılıq edir. Nə vaxtadək ki, iqtidar təmsilçilərinin bu yanaşması dəyişməyib, müstəqil jurnalistikanın başı çox bəlalar çəkəcək.