Səhər TV--Bunu siyasi səbəblərə görə, Azərbaycan Respublikasından mühacirət etmiş Mahir Cavadov deyib
Azərbaycan servisi/Aran agentliyi
Səhər TV--Bunu siyasi səbəblərə görə, Azərbaycan Respublikasından mühacirət etmiş Mahir Cavadov deyib.
Faktxəbər-in məlumatına əsasən, Mahir Cavadov deyib : " Azərbaycanda yaranan siyasi ab-hava və sosial vəziyyətin ağırlığı 9 milyonluq Azərbaycanın siyasi aktiv əhalisinin 4 milyona yaxını ölkədən qaçırdıb. Rusiyaya, MDB ölkələrinə, Türkiyəyə, İrana, Çinə, Avropaya və sair ölkələrə üz tutanlara nəzər yetirsək, bu faktı çox aydın görmək olar!"
Mahir Cavadov əlavə edib : " Sonuncu 2 aprel tarixli mitinqə qədər hesab edirdim ki, Azərbaycanda heç bir siyasi proses yoxdur! Amma gördüm ki, Əgər mitinqlər 2 aprel aksiyasının başladığı kimi davam etsə Azərbaycanda da dəyişikliklər yönündə bəzi proseslər gedir və bu baş verəcək. Bu dəyişikliklər aparıcı müxalifət partiyalarının rəhbərləri Əli Kərimliyə də, İsa Qəmbərə də lazımdır. Ancaq onların fəaliyyəti nəticəsində heç nə dəyişən deyil."