Tarix : 2011 Apr 07
Kod 22249

Əhmədinejad: 1390 İran üçün daha möhtəşəm il olacaq

İran İslam Respublikasının prezidenti deyib: Cari günəş ili hökumət və İslam Şurası Məclisinin səyi ilə İran xalqı üçün daha möhtəşəm il olacaq
IIR servisi/Aran agentliyi

İran İslam Respublikasının prezidenti deyib: Cari günəş ili hökumət və İslam Şurası Məclisinin səyi ilə İran xalqı üçün daha möhtəşəm il olacaq.

İran prezidenti Mahmud Əhmədinejad İslam Şurası Məclisinin millət vəkilləri ilə Novruz bayramı görüşündə yeni ilin gəlişi münasibəti ilə onları təbrik edib və deyib: Ötən ilin əvvəllərində İran xalqının güclü məntiqi qarşısında məğlubiyyətlə üzləşən düşmənlər qətnamə və sanksiya vasitələrinə üz tutdular və öz əsaslandırmalarına əsasən İran xalqına qarşı iflic edici sanksiyaları tətbiq etdilər. Lakin İran xalqının müqaviməti və səbri bu sanksiyaları İranın inkişafı üçün fürsətə çevirdi.

"Düşmənlərin fitnələri və ötən 50 ildə ilk dəfə olaraq neft gəlirinə 20% embarqo qoyulmasına baxmayaraq, ötən günəş ili İran tarixində ən böyük dəyişiklik, yəni məsul şəxslər və xalqın birgə səyi ilə güzəştlərin məqsədyönlü şəkildə idarə olunması layihəsi ən gözəl formada icra olundu" -deyə cənab Əhmədinejad bildirib.

İş yerlərinin açılmasında sıçrayışın yaradılmasını cari ilin önəmli addımlarından sayan prezident deyib: Hökumət bu il üçün 2,5 milyon iş yerinin açılması üçün proqramlaşdırma edib və inanır ki, bu addımın potensialı, elmi və imkanları ölkədə mövcuddur.

Sözlərinin davamında üzünü İran xalqının düşmənlərinə tutan İran prezidenti deyib: Düşmənlər sanırlar ki, boşluq, ixtilaf və toqquşma yaratmaqla İrana qarşı təzyiq göstərə və öz nəhs məqsədlərini reallaşdıra biləcəklər. Lakin yanlışlıq içində boğulurlar. Çünki onlar nurlu xətt istiqamətində vilayət və imamlıq və ilahi eşqin ləzzətini dadan bu diyarın xalqının qardaşlıq məhəbbəti, iman və eşqini dərk etməkdən məhrumdurlar. 

  • Yazılıb
  • da (də) 2011 Apr 07