''Hicab və hicab məhbuslarına azadlıq'' komitəsinin sədri Höccətülislam vəl muslimin Hacı Faiq Vəlizadə azad edilib
Azərbaycan servisi/Aran agentliyi
"Hicab və hicab məhbuslarına azadlıq" komitəsinin sədri Höccətülislam vəl muslimin Hacı Faiq Vəlizadə azad edilib.
Bu barədə İslam-Azeri.az İnternet qəzetinə "Hicab və hicab məhbuslarına azadlıq" komitəsindən məlumat verilib.
Komitədən bildiriblər ki, onun həbsi bu gün AİP tərəfindən təxirə salınan mitinqlə bağlı olub.
"Hicab və hicab məhbuslarına azadlıq" komitəsinin üzvü Kərbəlayi Tohid İbrahimbəylinin İslam-Azeri.az-a bildirdiyinə görə, Hacı Faiq Vəlizadəyə şifahi olaraq 8 aprel tarixinin sonuna kimi evdən çıxmamaq barədə göstəriş veriblər.