Sionist rejiminin ''terrorla mübarizə ştabı'' növbəti dəfə İsrail vətəndaşları üçün təhlükəli olan ölkələrin adını açıqlayıb
Azərbaycan servisi/Aran agentliyi
Sionist rejiminin "terrorla mübarizə ştabı" növbəti dəfə İsrail vətəndaşları üçün təhlükəli olan ölkələrin adını açıqlayıb.
Bu barədə İslam-Azeri.az İnternet qəzeti İsrail mətbuatına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Gürcüstan və Ermənistanda HƏMAS və "Hizbullah" israilliləri girov götürə bilər.
Azərbaycanın və Tacikistanın da adı hələ də israillilər üçün təhlükəli ölkələr siyahısındadır.
Türkmənistan isə hələlik siyahıdan çıxarılıb.
Qeyd edək ki, 3 gün əvvəl sionist rejim İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem verdiyi açıqlamada “terror təhlükəsi barədə xəbərdarlıq artıq aktual deyil” demişdi.
İsrail tərəfi əsasən "Hizbullah"ın hərbi komandirlərindən olan İmad Muğniyənin qisasının alınmasından ehtiyatlanırlar.