Tarix : 2011 Apr 09
Kod 22258

''MMD'' İB-nin sədrinin məhkəməsi keçirildi

Mehdi Məmmədovun vəkilinin sözlərinə görə, inzibati xəta törətməkdə ittiham olunan Hacı Mehdi Məmmədovun işindən appelyasiya şikayəti 3 gün əvvəl verilib
Azərbaycan servisi/Aran agentliyi

Məhkəmə vəsadəti təmin etməyib.Bu gün saat 10:00-da Bakı Appelyasiya Məhkəməsində "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədovun appelyasiya şikayətinə baxılıb.

Mehdi Məmmədovun vəkilinin sözlərinə görə, inzibati xəta törətməkdə ittiham olunan Hacı Mehdi Məmmədovun işindən appelyasiya şikayəti 3 gün əvvəl verilib.

Nə ittiham olunan, nə də ki, ittiham edənin məhkəmədə iştirak etməməsinə baxmayaraq məhkəmə vəsadəti təmin etməyib.

Qeyd edək ki, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri 6-cı Polis bölməsinə dəvət edilmiş, sonradan o daş bazarında səs-küy salması və polislərlə mübahisə etməsi ittihamı ilə 8 gün həbs cəzasına məhkum edilmişdi.

Hacı Mehdi ilk məhkəmədə onun heç bir günahı olmadığını bildirib və ittihamları rədd edib.

 

 


İslam-Azeri.az

 

  

  • Yazılıb
  • da (də) 2011 Apr 09