Tarix : 2011 Apr 09
Kod 22260

Əli Kərimli izlənilir

AXCP sədri Əli Kərimlinin avtomobili izlənilir. AXCP sədrini müşayiət edən cəbhəçilər dünən bu faktın şahidi olublar
Azərbaycan servisi/Aran agentliyi

AXCP sədri Əli Kərimlinin avtomobili izlənilir. AXCP sədrini müşayiət edən cəbhəçilər dünən bu faktın şahidi olublar. Əli Kərimli evinə gedərkən bəlli olub ki, 2-si "Tofaş", 1-i isə "Ford" markalı maşın AXCP sədrinin olduğu avtomobilin arxasınca düşüb. Avtomobillərin hər üçü boz rəngdə olub. Əli Kərimlini müşayiət edənlər avtomobillərdən yalnız “Ford”un nömrəsini görə biliblər: 10--421. Cəbhəçilər Əli Kərimlini evində düşürdükdən sonra piyada geri qayıtmaq istəyiblər. Bu zaman həmin avtomobillərdə olan naməlum şəxslər onları tutmağa çalışıb. Lakin cəbhəçilər onlardan yayına bilib və cəld taksiyə minərək ərazidən uzaqlaşıblar. 

  • Yazılıb
  • da (də) 2011 Apr 09