Tarix : 2011 Apr 09
Kod 22261

Bakıda məscidlər polis nəzarətinə keçib

icazəsiz mitinqin keçirilməsindən ehtiyatlanan mövcud hakmiyyət, Bakı şəhərində əksər məscidlərin qarşısına polis əməkdaşları yerləşdirib
Azərbaycan servisi/Aran agentliyi

Dindarların verdiyi məlumata görə, icazəsiz mitinqin keçirilməsindən ehtiyatlanan mövcud hakmiyyət, Bakı şəhərində əksər məscidlərin qarşısına polis əməkdaşları yerləşdirib.
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının aprelin 8-nə təyin etdiyi mitinq təxirə salınsa da, yerli polis paytaxtda bütün məscidlərin qarşısında post qurub.
Dindarların verdiyi məlumata görə, icazəsiz mitinqin keçirilməsindən ehtiyatlanan mövcud hakmiyyət, Bakı şəhərində əksər məscidlərin qarşısına polis əməkdaşları yerləşdirib. Səbəb isə məscidlərdən kütləvi şəkildə mitinqə gəlməyin qarşısını almaqdır. Şəhərin "Hacı Sultanəli", "Təzə Pir" və "Əjdərbəy" məscidləri, eyn zamanda müxtəlif qəsəbə məscidlərinin qarşısına da post partul əməkdaşları göndərilib.
Qeyd edək ki, Facebook sosial şəbəkəsində də artıq neçə vaxtdır "Böyük Cümə Günü" adlı qrup yaradılıb və qrup vasitəsilə istifadəçilərə bu gün şəhərdə mitinqin keçiriləcəyi barədə məlumat verilib.  

  • Yazılıb
  • da (də) 2011 Apr 09