Tarix : 2011 Apr 09
Kod 22262

Azərbaycan İslam Partiyası bəyanat yaydı: mitinq keçirməlidir

Azərbaycan İslam Partiyası (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) mitinq keçirmək barədə rəsmi müraciətinə aldığı mənfi cavaba görə bəyanat yaydı
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan İslam Partiyası (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) mitinq keçirmək barədə rəsmi müraciətinə aldığı mənfi cavaba görə bəyanat yaydı. Bəyanatda deyilir:

"BŞİH sərbəst toplaşma azadlığı haqqında qanununa və Azərbaycan Respublikası konstitusiyasının 49-cu maddəsinə məhəl qoymayaraq vərtəndaşların sərbəst toplaşma hüquqularını kobud şəkildə pozub. Buna baxmayaraq, AİP ölkə vətəndaşlarının və xüsusən üzvlərinin tələblərini nəzərə alaraq kütləvi şəkildə mitinq keçirməkdə israrlıdır. Bəyanatda vurğulanır ki, hakimiyyət orqanının dövlət və milli maraqlara xidmət edəcək mitinqin keçirilməsinə "yox" cavabı çoxsaylı vətəndaşları təxribata yönəltmək kimi qiymətləndirilməlidir.

Məlumat üçün bildirək ki, AİP-in 08.04.2011 tarixdə keçirməsi nəzərdə tutduğu mitinqdə "Qarabağa azadlıq", "İslami dəyərlərin təziqinə son!" və "Vicdan məhbuslarına azadlıq" tələblərini irəli sürəcəkdi. AİP bir daha bəyan edir ki, siyasi qurum kimi ölkə vətəndaşlarını o cümlədən cəmiyyətin dindar təbəqəsini konstitusion hüquqları uğrunda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, martın 29-da Azərbaycan İslam Partiyası (AİP) aprelin 8-də paytaxtın Azadlıq meydanında və ya Parlament binasının qarşısında mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. AİP ən yaxın günlərdə mitinq keçirmək üçün BŞİH-nə təkrar müraciət edəcək. 

  • Yazılıb
  • da (də) 2011 Apr 09