Tarix : 2011 Apr 10
Kod 22292

İctimai Palata 17 apreldə aksiya keçirəcəyini bildirib

Azərbaycan Respublikasında İctimai Palata bildirib ki, 17 apreldə yeni aksiya keçirəcək
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Respublikasında İctimai Palata bildirib ki, 17 apreldə yeni aksiya keçirəcək.

Bu gün Bakıda mətbuat konfransı keçirən İctimai Palata bildirib: Azərbaycan Respublikası hökumətinin hər növ etiraz aksiyasının keçirilməsinə qarşı çıxmasına baxmayaraq, 17 apreldə Bakının mərkəzində aksiya keçiriləcək.

Bu konfransda bildirilib ki, İctimai Palatanın üzvləri 48 nəfərdən 300 nəfərə çatıb.

ATƏT-ə üzv ölkələrin nümayəndə və səfirlərinin İctimai Palatanın nümayəndələri ilə görüşündən sonra bu palatanın xalq etirazlarının davam etməsi ilə AR-nın hazırkı hökumətinin iqtidardan kənarlaşmasına nikbinliyi artıb.

Bakıda 2 apreldə və ondan sonrakı aksiyalarda polis və daxili qoşun qüvvələrinin Bakıda geniş şəkildə yerləşdirilməsinə görə paytaxtın mərkəzi məntəqələrindəki prospektlərinə güclü qorxu hakim olmuşdu. 

  • Yazılıb
  • da (də) 2011 Apr 10